MM-in İntizam komissiyası tərəfindən müraciət və təqdimatlara baxılma qaydası müəyyənləşib

MM-in İntizam komissiyası tərəfindən müraciət və təqdimatlara baxılma qaydası müəyyənləşib
  • Clock-gray 13:46
  • calendar-gray 16 Sentyabr 2020

Milli Məclisin İntizam komissiyası tərəfindən müraciət, təqdimat və məlumatlara baxılması qaydası və müddətləri müəyyənləşib. 

APA-nın məlumatına görə, bu, sabah Milli Məclisin İntizam Komissiyası və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının Milli Məclisinin İntizam Komissiyasının Əsasnaməsi” layihəsində əksini tapıb.

Layihəyə əsasən, İntizam komissiyası tərəfindən müraciətlərə, təqdimatlara və məlumatlara deputatın “Azərbaycan Respublikasının Milli Məclisi deputatının etik davranIş qaydaları haqqında”  qanunun tələblərinə riayət etməməsi ilə bağlı hüquqi və fiziki şəxslər, dövlət orqanları (qurumları) tərəfindən edilən müraciətlərə, eləcə də kütləvi informasiya vasitələrində dərc  edilən və ya informasiya telekommunikasiya şəbəkələrində yayılan məlumatlara ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə (məlumatlara) isə ən geci 30 iş günü müddətində baxılacaq. 

Eyni zamanda layihədə  “Azərbaycan Respublikasının Milli Məclisi deputatının etik davranIş qaydaları haqqında”  qanunun 5.2, 10.2 və 11.2-ci maddələrində göstərilən rəyin alınması üçün deputat tərəfindən edilən müraciətlərə ən geci 15 iş günü müddətində, Milli Məclisin iclasının stenoqramı rəsmi dərc olunanadək deputatın öz çıxışının mətni ilə bağlı yarana bilən mübahisələrə və həmin mətnə dair fikir ayrılıqlarına dair müraciətlərə ən geci 5 iş günü müddətində baxılması nəzərdə tutulur.

 

Firuzə Vahid

Digər xəbərlər