MM-in komitə sədri iclasların onlayn keçirilməməsinin səbəbini açıqlayıb

MM-in komitə sədri iclasların onlayn keçirilməməsinin səbəbini açıqlayıb
# 14 sentyabr 2020 12:06 (UTC +04:00)

“İclasların onylan keçirilməsi onun təhlükəsizliyini tam təmin edə bilməz”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında komitə sədri Səməd Seyidov bildirib.

S. Seyidov deyib ki, xüsusən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclaslarını onlayn keçirmək məqbul deyil: “Jurnalistlər Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı, 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi barədə, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında müzakirəsində zalda ola bilər. Cari məsələlərin müzakirəsini isə biz özümüz, jurnalistlərin iştirakı olmadan keçirək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR