MM-in plenar iclasının və komitə iclaslarının videokonfrans vasitəsi ilə keçirilməsinə dair qanunun müddəti aradan qaldırılır

MM-in plenar iclasının və komitə iclaslarının videokonfrans vasitəsi ilə keçirilməsinə dair qanunun müddəti aradan qaldırılır
  • Clock-gray 12:34
  • calendar-gray 11 Dekabr 2020

Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiyalarının iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsinə dair qanunun qüvvədə olma müddəti aradan qaldırılır.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə edilən yeni təklifə əsasən, iclasların videokonfrans sistemi vasitəsilə keçirilməsində vaxt çərçivəsi olmayacaq.

Qeyd edək ki, qanunun qüvvədə olma müddəti 2020-ci il dekabrın 30-dək olan dövrü əhatə edirdi.

Qanuna əsasən, karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclisin 42 deputatının müraciəti əsasında Milli Məclisin Sədri Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiyalarının iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edir.

Videokonfrans sistemi vasitəsilə keçirilən iclaslarda qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir.

Eyni məzmunda dəyişiklik “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna da təklif edilib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Firuzə Vahid

Digər xəbərlər