MSK 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsində üç seçki məntəqəsinin nəticələrini ləğv edib

MSK 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsində üç seçki məntəqəsinin nəticələrini ləğv edib
# 18 fevral 2020 18:11 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən namizədliyi qeydə alınan Fikrət Cəfərli və Vəlican Rəcəbovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırma 3 istiqamətdə aparılıb: “Araşdırma zamanı 4, 8 və 9 saylı seçki məntəqələrində pozuntular aşkar edilib. Həmin məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilib”.

İ. Şahbazov xatırladıb ki, həmin məntəqələrdən birində seçki günü işıqlar sönüb: “Lakin videogörüntülərdən aydın olur ki, müşahidəçilər işıqlar sönəndə seçki qutularının yanında durub, heç kimi yaxınlaşmağa qoymayıblar”.

MSK-nın iclasında müraciət müzakirəyə çıxarılıb, qeyd olunan məntəqələrdə səsvermənin nəticələri ləğv olunmaqla, şikayət qismən təmin edilib.

Qərar 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsində seçkinin ümumi nəticələrinə təsir etməyib.

Bu dairədə lider namizəd Afət Həsənovadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR