MSK 9 nəfərin deputatlığa namizədliyini bərpa edib, iki nəfərin namizədliyi ləğv olunub

MSK 9 nəfərin deputatlığa namizədliyini bərpa edib, iki nəfərin namizədliyi ləğv olunub
# 08 fevral 2020 15:57 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərin 25-i namizədliyin qeydə alınması ilə bağlı olub.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

M. Pənahov bildirib ki, bu dövrdə 25 nəfərdən 9-nun namizədliyi MSK tərəfindən bərpa edilib, iki nəfərin namizədliyi ikili vətəndaşlığı olduğuna görə ləğv edilib.

Ağır cinayətlərə görə məhkum edilmiş və məhkumluğu ödənməmiş şəxslərdən 5 nəfərin namizədliyinin qeydə alınması qanunvericiliyə görə mümkün olmayıb. 13 nəfərin namizədliyi isə əmlakla bağlı məlumatları səhv olduğuna görə qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR