MSK DSK-ların qərarlarından şikayətlər əsasında 8 nəfərin deputatlığa namizədliyini qeydə alıb

MSK DSK-ların qərarlarından şikayətlər əsasında 8 nəfərin deputatlığa namizədliyini qeydə alıb
# 21 yanvar 2020 11:34 (UTC +04:00)

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) indiyə qədər dairə seçki komissiyalarının (DSK) qərarını ləğv edərək deputatlığa namizədliyini qeydə aldığı şəxslərin sayı məlum olub.

APA-nın məlumatına görə, MSK ötən dövr ərzində DSK-ların 8 qərarını ləğv edib və 8 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Qeyd edək ki, MSK-nın son iclasına qədər daxil olan 27 şikayətdən 7-i barədə müsbət qərar verilmiş və 7 nəfərin deputatlığa namizədliyi qeydə alınmışdı. MSK-nın yanvarın 19-da keçirilən son iclasında deputatlığa namizədliyin qeydə alınmaması ilə bağlı DSK-ların qərarlarından şikayətlə bağlı 9 müraciətə baxılıb və yalnız 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Həsənov Rəşid Cəmşid oğlunun şikayəti təmin edilərək deputatlığa namizədliyi qeydə alınıb. Beləliklə, ötən dövrdə MSK-ya deputatlığa namizədliyin qeydə alınmaması ilə bağlı DSK-ların 36 qərarından şikayət daxil olub və onlardan 8-i təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR