MSK bir seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib

MSK bir seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib
# 21 fevral 2020 18:30 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən namizədliyi qeydə alınan Ülvi Həsənov və Şəhriyar Bayramovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırma 3 istiqamətdə aparılıb: “Sosial şəbəkələr, Dairə Seçki Komissiyasından təqdim edilmiş protokollar və müraciətçilərin təqdim etdiyi materiallar. DSK-dan alınan protokolların araşdırması zamanı məlum olub ki, sadəcə 20 saylı seçki məntəqəsində keçirilən səsvermə seçicilərin iradəsini əks etdirmir. Buna görə də təklif edirəm ki, həmin məntəqədə səsvermənin nəticələri ləğv edilsin”.

MSK müraciəti müzakirəyə çıxarıb və 20 saylı seçki məntəqəsində səsvermənin nəticəsini ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR