MSK daha bir seçki dairəsi üzrə şikayətə baxacaq

MSK daha bir seçki dairəsi üzrə şikayətə baxacaq
  • Clock-gray 17:36
  • calendar-gray 17 Fevral 2020

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 125 saylı Zəngilan Qubadlı Seçki dairəsindən deputatlığa namizəd Anar Əsədlinin şikayətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK üzvü Tofiq Qasımov məlumat verib.

T. Qasımov bildirib ki, A. Əsədli dairə seçki komissiyasının hərəkəsizliyindən şikayət edib: “Qeydə alınmış namizədin şikayəti araşdırma zamanı öz təsdiqini tapmayıb. Qərarın surəti 15 fevral 2020-ci il tarixində namizədin səlahiyyətli nümayəndəsinə təqdim edilib. Anar Əsədlinin daha geniş məntəqələri əhatə edən müraciətinə isə özünün iştirakı ilə MSK-da baxılacaq. Hərəkətsizliklə bağlı məsələ öz təsdiqini tapmadığından şikayət təmin edilməyib”.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date