MSK daha iki seçki məntəqəsində nəticələri etibarsız sayıb - YENİLƏNİB

MSK daha iki seçki məntəqəsində nəticələri etibarsız sayıb - YENİLƏNİB
  • Clock-gray 19:53
  • calendar-gray 20 Fevral 2020

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 11 saylı Qaradağ Seçki Dairəsindən olan namizəd Məmmədov Samirin müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Q. Orucov bildirib ki, iddiaçı DSK-nın hərəkətsizliyini mübahisələndirib: “Araşdırma zamanı mübahisələndirilən 1 seçki məntəqəsi istisna olmaqla, digər seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar aşkarlanmayıb. Namizəd tərəfindən təqdim edilən görüntülərin araşdırılması zamanı 30 saylı seçki məntəqəsində səslərin sayılması prosesində qanun pozuntuları aşkarlanıb. Təklif edirəm ki, həmin seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK şikayəti müzakirəyə çıxarıb və 30 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edilib. Şikayət qismən təmin edilib.

***

saat 19:38

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən qeydə alınan namizəd Ağasif İbrahimovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK üzvü Validə Kazımova məlumat verib.

V. Kazımova bildirib ki, iddiaçı həmin dairədə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş edib: “Araşdırma zamanı 24 saylı seçki məntəqəsində qanun pozuntuları aşkarlanıb. Təklif edirəm həmin məntəqədə səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK şikayəti müzakirəyə çıxarıb və 24 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edilib.

Şikayət qismən təmin edilib.

 

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date