MSK deputatlığa namizədin vəkilinin ölməsinə münasibət bildirib

MSK deputatlığa namizədin vəkilinin ölməsinə münasibət bildirib
# 10 fevral 2020 15:49 (UTC +04:00)

“101 saylı Göygöl-Daşkəsən seçki dairəsində deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı hələlik konkret fikir bildirmək çətindir”.

APA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov bildirib. R. Qasımov deyib ki, bütün bu məsələlər araşdırılacaq və bu barədə məlumatlar da ilk növbədə məhz KİV-ə çatdırılacaq.

Sədr müavini onu da qeyd edib ki, ümumilikdə seçki prosesi rəvan, qanunvericiliyin tələblərinə uyğun şəkildə keçib. Ancaq neqativ hallar olmadan milyonlarla insanın cəlb olunduğu prosesi təsəvvür etmək mümkün deyil: "Ən vacibi hər hansı neqativ halın baş verib-verməməsi deyil. Ən vacibi odur ki, hər hansı xoşagəlməz hal olan zaman ona adekvat reaksiya göstərilsin, müvafiq tədbir görülsün. MSK da bu addımları atacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR