MSK katibi: "Bəzən bloqgerlər məntəqələrin işinə yersiz müdaxilə edirlər”

MSK katibi: "Bəzən bloqgerlər məntəqələrin işinə yersiz müdaxilə edirlər”
# 23 dekabr 2019 15:05 (UTC +04:00)

“Biz əvvəlcədən də elan etmişdik ki, KİV nümayəndələri seçki ilə bağlı müşahidə apara, istədikləri suallara cavab tapa bilərlər. Amma bunlardan sui-istifadə halları var”.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov deyib. O bildirib ki, bəzi bloqgerlər seçki məntəqələrində narazılıq yaradır, məntəqə əməkdaşlarının işinə müdaxilə edirlər.

M. Rəhimovun sözlərinə görə, hətta seçki məntəqələrinin birində seçici ilə bloqger arasında narazılıq yaranıb, seçici bloqgerin onu çəkməsinə etiraz edib: “Bəzən bloqgerlər seçki prosesinə mane olur, məntəqələrin işinə yersiz müdaxilə edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR