MSK parlament seçkiləri ilə bağlı ilkin seçici fəallığını açıqlayıb

MSK parlament seçkiləri ilə bağlı ilkin seçici fəallığını açıqlayıb
# 10 fevral 2020 00:36 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən parlament seçkilərində ilkin seçici fəallığını açıqlayıb.

APA-nın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 2 547982 nəfər səs verib, seçici fəallığı 47.81 faiz olub.

Qeyd edək ki, Milli Məclisə seçkilərlə əlaqədar səsverməyə bu gün saat 08:00-da start verilib, saat 19.00-da başa çatıb.

Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR