MSK saat 17:00-a olan seçici fəallığını açıqlayıb

MSK saat 17:00-a olan seçici fəallığını açıqlayıb
# 23 dekabr 2019 17:18 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.

APA-nın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 17.00-a qədər respublika üzrə 1520133 nəfər səs verib və seçici fəallığı 30,57 faiz olub.

Qeyd edək ki, bələdiyyə seçkilərində səsvermə prosesinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq.

Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi barədə saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR