MSK sədri DSK-lara xəbərdarlıq edib

MSK sədri DSK-lara xəbərdarlıq edib
# 09 yanvar 2020 16:55 (UTC +04:00)

“Sabah saat 18.00-a qədər deputatlığa namizədliyini irəli sürən şəxslər qeydə alınmaq üçün müvafiq sənədləri müvaifq dairə seçki komissiyasına təqdim edə bilərlər”.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, bu müddət ərzində deputatlığa namizədliyini irəli sürən şəxslər müvafiq dairə seçki komissiyalarına müraciət edə, imza vərqələri götürə və sabah saat 18.00-a qədər dairə seçki komissiyalarına təqdim edə bilər: “Hər hansı dairə seçki komissiyasının müraciət edən şəxslərə imza vərəqi təqdim etməməsi hüququ yoxdur. Müəyyən təxribat xarakterli hərəkətlər ola bilər. Seçki komissiyaları dövlət orqanıdır və ona verilən vəzifə çərçivəsində vəzifəsini yerinə yetirməlidir. Kimsə seçki komissiyasının vəzifəsini yerinə yetirmədiyini sübut edirsə, burada probem yoxdur. Əgər seçki komissyiası yox, qarşı tərəf düz deyirsə, biz də deməliyik ki, qarşı tərəf düz deyir. Bəzən hər şeyi MSK-nın adına yazmaq meyli var. Biz xoşagəlməz halların qarşısını maksimum almağa çalışırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR