MSK sədri: “Əhəmiyyət kəsb edən səviyyədə narazılıq yaradan pozuntular yoxdur”

MSK sədri: “Əhəmiyyət kəsb edən səviyyədə narazılıq yaradan pozuntular yoxdur”
# 27 yanvar 2020 16:50 (UTC +04:00)

“Hansısa əhəmiyyət kəsb edən səviyyədə narazılıq yaradan pozuntular yoxdur ”.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, aşağı seçki komissiyaları ən kiçik xoşagəlməz hallarla məşğul olurlar: “Mütləq mənada istənilən mübahisəli məsələdə biz namizədi müdafiə etməkdən çəkinməməliyik. Namizədlər də bundan sui-istifadə etmirlər. Bu da xoşagələn haldır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR