MSK sədri namizədliyi irəli sürülmüş şəxslərə imza toplama kampaniyası ilə bağlı xəbərdarlıq edib

MSK sədri namizədliyi irəli sürülmüş şəxslərə imza toplama kampaniyası ilə bağlı xəbərdarlıq edib
# 09 yanvar 2020 16:32 (UTC +04:00)

“Əgər deputatlığa namizədliyi irəli sürülmüş şəxs üçün imza toplanmasının təşkilində bələdiyyə üzvü iştirak edibsə, bu, qanun pozuntusudur”.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, həmin şəxslərin namizədliyi qeydə alına bilməz. O, namizdəliyi irəli sürülmüş şəxsləri bu məsələdə diqqətli olmağa çağırıb.

Qeydək ki, Qabil Məmmədov 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən namizədliyini irəli sürüb, ancaq onun üçün imza toplanmasında bələdiyyə sədrinin müavini iştirak edib. Bu səbəbdən də müvafiq dairə seçki komissiyası onun namizədliyini qeydə almayıb. MSK da qərarı qüvvədə saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR