MSK sədri: "27 nəfərin deputatlığa namizədliyi qeydə alınıb"

MSK sədri: "27 nəfərin deputatlığa namizədliyi qeydə alınıb"
  • Clock-gray 15:08
  • calendar-gray 29 Dekabr 2019

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1808 nəfər müraciət edib.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədlərin 350 nəfəri 18 siyasi partiya tərəfindən irəli sürülüb: "11  nəfər təşəbbüs qrupları tərəfindən, 1447  nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".

M. Pənahov bildirib ki, müraciət edən şəxslərin 1348 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub: “Onlardan 1142 nəfəri imza vərəqələrini artıq götürüb, 159 nəfəri imza vərəqini qaytarıb. 27 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Deputatlığa qeydə alınanlardan 1-i siyasi partiya üzvüdür. 74 nəfər  sə seçkilərdə iştirakını dayandırıb”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date