MSK sədri: “Beynəlxalq təşkilatların seçkiləri izləməsi üçün lazımi şərait yaradılıb”

MSK sədri: “Beynəlxalq təşkilatların seçkiləri izləməsi üçün lazımi şərait yaradılıb”
  • Clock-gray 16:16
  • calendar-gray 17 Yanvar 2020

Azərbaycan beynəlxalq təşkilatların fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini izləməsi üçün lazımi şərait yaradıb.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Azərbaycan daim seçkilər dövründə beynəlxalq təşkilatlarla əməkdaşlıq edib: “Bu seçkilərlə bağlı biz beynəlxalq təşkilatlara dəvət göndərmişik. Bir çoxu artıq müsbət cavab verib. Biz də istəyirik ki, beynəlxalq təşkilatların nümayəndələri bizim tədbirlərdə iştirak etsinlər”.

 

Firuzə Vahid

Digər xəbərlər