MSK sədri: “Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 901 nəfər müraciət edib”

MSK sədri: “Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 901 nəfər müraciət edib”
  • Clock-gray 14:40
  • calendar-gray 21 Dekabr 2019

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 901 namizəd müraciət edib.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, namizədlərin 149 nəfəri 11 siyasi partiya tərəfindən irəli sürülüb. Beş nəfər təşəbbüs qrupları tərəfindən, 752 nəfər isə fərdi qaydada namizədlikərini irəli sürüb.

M.Pənahov həmçinin qeyd edib ki, həmin müraciət edən şəxslərinin 569 nəfərinin namizədliyi artıq təsdiq olunub: “Onlardan 439 nəfəri isə imza vərəqələrini artıq götürüb”.

Digər xəbərlər

Arxiv

date