MSK sədri: "Növbədənkənar parlament seçkilərində iştirak üçün 802 nəfər müraciət edib"

MSK sədri: "Növbədənkənar parlament seçkilərində iştirak üçün 802 nəfər müraciət edib"
  • Clock-gray 17:28
  • calendar-gray 20 Dekabr 2019

“Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 802 namizəd müraciət edib”.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, namizədlərin 123 nəfəri 8 siyasi partiya tərəfindən irəli sürülüb.

MSK sədri qeyd edib ki, həmin müraciət edən şəxslərinin 447 nəfərinin namizədliyi artıq təsdiq olunub, onlardan 339 nəfəri isə imza vərəqələrini artıq götürüb.

Digər xəbərlər