MSK sədri: “Seçki maraqlı qüvvələrə ölkənin daxili işlərinə qarışmaq imkanı yaradır”

MSK sədri: “Seçki maraqlı qüvvələrə ölkənin daxili işlərinə qarışmaq imkanı yaradır”
  • Clock-gray 12:31
  • calendar-gray 22 Yanvar 2020

“Milyonlarla insanın iştirak etdiyi istənilən tədbir ideal şəkildə baş tuta bilməz”.

APA-nın məlumatına görə, bunu bu gün "Seçki mübahisələrinin məhkəmə qaydasında həlli" mövzusunda keçirilən seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, bu, dünyanın hər yerində belədir: “Hansısa xoşagəlməz hal Almaniyada baş verəndə bunu təsadüf kimi qəbul edib, problemi həll edib aradan qaldırırlar. Amma bu xoşagəlməz hal Azərbaycanda baş verəndə buna təsadüf kimi baxanlar az olur”.

MSK sədrinin sözlərinə görə, seçki elə prosesdir ki, maraqlı qüvvələrə ölkənin daxili işlərinə qarışmaq imkanı verir: “Çünki demokratiya heç bir xalqın daxili işi deyil, bütövlükdə bəşəriyyətin işidir. Demokratiyanın göstəricisi isə seçkilərdir”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date