MSK sədri: "Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı heç bir şikayət daxil olmayıb”

MSK sədri: "Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı heç bir şikayət daxil olmayıb”
  • Clock-gray 14:27
  • calendar-gray 23 Dekabr 2019

"Seçki məntəqələri ən yüksək səviyyədə seçkilərin keçirilməsinə hazırdır. Son günlərdə bütün ölkə üzrə 5049 seçki məntəqəsinin hamısı yoxlanılıb".

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, bu seçkilərdə yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması ilk dəfə həyata keçirilir. Ona görə də hər hansı çatışmazlığın olmaması üçün araşdırma aparılıb: "Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı hələlik heç bir şikayət daxil olmayıb. Bizim hesablamalarımıza görə, heç bir problem çıxmamalıdır". 

O qeyd edib ki, məlumatların oxunması üçün seçki dairə və məntəqələrinə göndərilən qurğulardan istifadə çox sadədir: "Buna görə ondan istifadə ilə bağlı heç bir problem ola bilməz. Amma seçkidə müəyyən maraqlı tərəflər müəyyən halları şişirdə bilərlər. Əlimizdən gələni etmişik ki, bu qurğuların istifadəsi ilə bağlı heç bir problem olmasın".

 

Əsmər Qabil

Digər xəbərlər