MSK sədrinin müavini: "Exit-poll 118 dairə üzrə 1053 seçki məntəqəsini əhatə edəcək"

MSK sədrinin müavini: "Exit-poll 118 dairə üzrə 1053 seçki məntəqəsini əhatə edəcək"
  • Clock-gray 16:18
  • calendar-gray 27 Yanvar 2020

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ("AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə) təşkilatının keçirdiyi “exit-poll” 118 dairə üzrə 1053 seçki məntəqəsini əhatə edəcək.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.

R. Qasımov deyib ki, bu təşkilat bundan əvvəl ölkəmizdə keçirilən seçkilərdə “exit-poll” keçirib və bununla bağlı təcrübəyə malikdir: “Bu təşkilatlar öz əməkdaşlarını xüsusi fərqləndirici nişan və fərqli geyimlərlə təmin edir. “Exit-poll”çuların davranış qaydaları dünya standartlarına uyğun şəkildədir. Exit-pol keçirmək üçün 47 nəfər supervayzer, 2106 müsahidəçi cəlb olunub”.

 

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date