MSK sədrinin müavini: “Dekabrın 16-dək seçki bülletenlərinin çapı başa çatacaq”

MSK sədrinin müavini: “Dekabrın 16-dək seçki bülletenlərinin çapı başa çatacaq”
  • Clock-gray 16:40
  • calendar-gray 11 Dekabr 2019

"Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq 5020280 seçki büllteninin böyük əksəriyyəti çap olunub".

APA-nın xənbərinə görə, bunu MSK sədrinin müavini Rövzət Qasımov deyib.

MSK sədrinin müavini bildirib ki, dekabrın 16-dək çap prosesinə yekun vurulması nəzərdə tutulub: “Bununla da bütün dairə seçki komissiyalarının hər biri bülletenlərlə təmin olunacaq”.

Qeyd edək ki, sonuncu bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçirilib.

Digər xəbərlər