MSK sədrinin müavini: “Namizədlər KİV-in imkanlarından bərabər şəkildə istifadə edə bilərlər”

MSK sədrinin müavini: “Namizədlər KİV-in imkanlarından bərabər şəkildə istifadə edə bilərlər”
# 18 yanvar 2020 10:47 (UTC +04:00)

Milli Məclisə seçkilərlə əlaqədar təşviqat kampaniyasının aparılmasına dünəndən başlanılıb və Mərkəzi Seçki Komissiyası bütün namizədlərin bərabər şərtlərə dayanan təşviqat kampaniyasının keçirilməsi üçün lazımi bütün addımları atıb.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov bildirib.

R. Qasımov deyib ki, bütün seçki dairələr ərazisində, hətta bütün rayonlar ərazisində açıq və qapalı yerlər müəyyənləşdirilib. Ümumilikdə respublika üzrə 270 açıq və qapalı yer müəyyən edilib: “Həmin yerlər də namizədlərin sərəncamındadır. Namizədlər dairə seçki komissiyalarına məlumat verməklər həmin yerlərdən çətinlik olmadan istifadə edə bilərlər. Eyni zamanda, ödənişli təşviqatla da bağlı MSK-ya təxminən 40 KİV müraciət edib. Namizədlər həmin KİV-in imkanlarından da bərabər şəkildə istifadə edə bilərlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR