MSK: Seçkiləri müşahidə etmək üçün beynəlxalq təşkilatlara göndərilən dəvətlərə cavab reaksiyaları gəlməkdədir

MSK: Seçkiləri müşahidə etmək üçün beynəlxalq təşkilatlara göndərilən dəvətlərə cavab reaksiyaları gəlməkdədir
  • Clock-gray 15:12
  • calendar-gray 14 Dekabr 2019

Azərbaycan fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlara dəvətlər göndərib.

 APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, MSK-nın dəvətlərinə artıq cavab reaksiyaları gəlməkdədir: “Bununla bağlı gələn həftə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Digər xəbərlər