MTRŞ sədri DTİHB-nin missiyası ilə seçkiqabağı təşviqatı müzakirə edib

MTRŞ sədri DTİHB-nin missiyası ilə seçkiqabağı təşviqatı müzakirə edib
  • Clock-gray 19:37
  • calendar-gray 19 Dekabr 2019

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Baş Seçki Eksperti Aleksey Qromovu, seçki mütəxəssisi Radivoje Grujiçi və ATƏT Parlament Assambleyasının proqram və inzibati məsələlər üzrə məsul əməkdaşı Tim Knoblaunu qəbul edib. 

MTRŞ-dan APA-ya verilən məlumata görə, görüşdə televiziya və radio yayımında seçkiqabağı təşviqatın aparılması və ona nəzarət mexanizmləri, seçkiqabağı təşviqat kampaniyasında siyasi reklamın yayımı ilə bağlı məsələlər müzakirə edilib.

Görüşdə həmçinin Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov qonaqları maraqlandıran sualları cavablandırıb.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date