“Mediasiya haqqında” qanunun qüvvəyə minmə tarixi dəyişir

“Mediasiya haqqında” qanunun qüvvəyə minmə tarixi dəyişir
  • Clock-gray 12:24
  • calendar-gray 18 Dekabr 2020

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mediasiya haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, dəyişikliklə qanunun qüvvəyə minmə vaxtı dəyişdirilir.

Belə ki, qanunun qüvvəyə minmə vaxtı 2021-ci ilin yanvarın 1-dən iyulun 1-dək uzadılır.

Qeyd olunub ki, mövcud pandemiyadan qaynaqlanan vaxt məhdudiyyətini nəzərə alaraq Mediasiya haqqında” qanunun ilkin mediasiya sessiyalarında məcburi iştirakı nəzərdə tutulan müddəaların qüvvəyə minmə tarixinin 1 iyul 2021-ci il tarixinədək təxirə salınması məqsədəmüvafiqdir.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Firuzə Vahid

Digər xəbərlər