Mehriban Əliyeva: “Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, igidliyi və mətanəti sayəsində mümkün olur”

Mehriban Əliyeva: “Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, igidliyi və mətanəti sayəsində mümkün olur”
  • Clock-gray 10:28
  • calendar-gray 26 Oktyabr 2020

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA xəbər verir ki. bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva "İnstagram" səhifəsində paylaşım edib.

"Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!", - deyə paylaşımda bildirilir.

 

apa-logo-mini

Digər xəbərlər