Meksikalı senator: “Bu seçki Azərbaycanın siyasi həyatında gözəl təcrübə idi”

Meksikalı senator: “Bu seçki Azərbaycanın siyasi həyatında gözəl təcrübə idi”
  • Clock-gray 12:09
  • calendar-gray 10 Fevral 2020

Meksika Parlamentinin deputatı, Meksika-Azərbaycan Dostluq qrupunun rəhbəri Qarsia Rubio Aqustin seçki günü apardığı müşahidəsi ilə bağlı rəyini təqdim edib.

APA-nın məlumatına görə, meksikalı deputat bildirib ki, Azərbaycanda demokratik bir seçki keçirilib. O, seçki günü Bakı şəhərində 10 məntəqədə müşahidə apardığını və müşahidələri zamanı hər hansı bir insidentlə üzləşmədiyini bildirib.

O bildirib ki, müşahidələri zamanı qaydalara riayət olunduğunu görüb. Senator əlavə eib ki, dünən müəyyən məntəqlərdə passivlik müşahidə edib. Q. Aqustinin sözlərinə görə, bu seçki beynəlxalq ictimaiyyətin də diqqətində olub: “Bu seçki Azərbaycanın siyasi həyatında gözəl təcrübə idi və ümumilikdə seçki sülh və təhlükəsiz şəraitində keçib. Legitmlik və demokratik əsasda fomalaşan sistemin əsasında səsvermə dayanır və bu prosesdə dini, etnik mənsubiyyətindən asılı olayaraq hər kəs iştirak edir. Seçki həm də demokratiya bayramıdır, ona görə də bu seçkilərə valideynlər öz övladlarını gətirməli, bu prosesin əhəmiyyəti və vətəndaş öhdəliyini indidən onlara aşılamalıdırlar”.

Senator bildirib ki, səfəri çərçivəsində turizm sənaye, energetika iqisadiyyat sahələrində Azərbayanda ciddi irəliləyişin şahidi olub.

 

Zümrüd Paşkin

Digər xəbərlər