Milli Kitabxanada ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşənin açılışı olub

Milli Kitabxanada ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşənin açılışı olub
# 12 dekabr 2020 00:10 (UTC +04:00)

Dekabrın 11-də Azərbaycan Milli Kitabxanasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşənin açılış mərasimi olub.

Milli Kitabxanadan APA-ya verilən məlumata görə, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açıb, Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

K.Tahirov qeyd edib ki, 1995-1997-ci illərdə Ulu öndər Milli Kitabxananı 4 dəfə ziyarət edib və ilk gəlişində bu kitabxanaya öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitab hədiyyə verib: “Bu gün açılışına toplandığımız guşədə Ulu Öndərin Milli Kitabxanaya hədiyyə etdiyi kitablar, onun öz kitabları və haqqında yazılan kitablar, Milli Kitabxanada olarkən çəkilən şəkillər, Məkkədən gətirdiyi və kitabxanamıza hədiyyə etdiyi “Qurani Kərim”, habelə burada olarkən etdiyi çıxışların lent yazıları nümayiş olunub”.

Sonra giriş sözü ilə Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini icra edən Anar Kərimov çıxış edib. Bildirib ki, bu gün Ulu Öndərin ruhu ikiqat şaddır, əvvəla ona görə ki, onun canından çox sevdiyi doğma Azərbaycanı öz tarixi Zəfər bayramının, qələbə bayramının sevincini yaşayır, bayram edir və həm də ona görə ki, bu bayram sevincini və zəfər eyforiyasını xalqımıza, dövlətimizə Ulu öndərin həyat və siyasət məktəbinin yetişdirməsi olan, onun “özü qədər inandığı” davamçısı Azərbaycan Respublikasının Prezidenti, müzəffər ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyev qazandırıb.

YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev də çıxış edərək bildirib ki, Ulu Öndərin hakimiyyəti illərində yaranan ordumuz hal-hazırda Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə daha da inkişaf edib.

Tədbirdə həmçinin, digər iştirakçıların da ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyində xidmətləri haqqında çıxışları dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR