Milli Məclis: Oqtay Əsədovun xəstəxanaya yerləşdirilməsi barədə xəbər həqiqətə uyğun deyil - YENİLƏNİB

Milli Məclis: Oqtay Əsədovun xəstəxanaya yerləşdirilməsi barədə xəbər həqiqətə uyğun deyil - YENİLƏNİB
# 09 fevral 2020 19:29 (UTC +04:00)

Milli Məclis fevralın 9-da guya Milli Məclisin Sədri Oqtay Əsədovun infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu xəbər həqiqətə uyğun deyil.

“Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur”, - deyə məlumatda qeyd olunub.

***

saat 19:04

"Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində problem yaranması və onun xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır".

Bunu APA-ya açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

"Oqtay Əsədovun səhhətində problem yaranması barədə məlumatlar əsassızdır. Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur”, - deyə A. Təvəkküloğlu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR