Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 58 mindən artıq yerli müşahidəçi qeydiyyatdan keçib

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 58 mindən artıq yerli müşahidəçi qeydiyyatdan keçib
# 29 yanvar 2020 16:47 (UTC +04:00)

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 58344 yerli müşahidəçi akkreditasiyadan keçib.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, onlardan 56484 müşahidəçi dairə seçki komissiyalarında, 1860 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib.

Qeyd edək ki, Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi bu gün başa çatıb. Müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparmaq üçün isə vətəndaşlar ərizələrini müvafiq dairə seçki komissiyasına 2020-ci il fevralın 4-dək təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR