Milli Məclisə seçkilərdə "exit-poll" keçirəcək təşkilatların sayı məlum olub

Milli Məclisə seçkilərdə "exit-poll" keçirəcək təşkilatların sayı məlum olub
# 30 yanvar 2020 16:53 (UTC +04:00)

Növbədənkənar parlament seçkilərində ümumilikdə 5 qurum “exit poll” keçirəcək.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Qeyd edək ki, parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası "AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə, Rəy Monitoqrinq Mərkəzi, “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə “exit poll” keçirəcək qurum kimi qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR