Milli Məclisə seçkilərlə bağlı 883 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

Milli Məclisə seçkilərlə bağlı 883 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib
# 08 fevral 2020 15:20 (UTC +04:00)

"Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib".

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, beynəlxalq müşahidəçilər 59 beynəlxalq təşkilat və 58 ölkəni təmsil edir.

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR