Milli Məclis tətildən qayıdıb

Milli Məclis tətildən qayıdıb
# 31 avqust 2020 10:14 (UTC +04:00)

Milli Məclis deputatlarının məzuniyyəti başa çatıb.

APA-nın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə (I maddə) əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə-iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.

Sentyabrın 15-dən etibarən parlamentin komitələrinin iclasları keçiriləcək.

Daxili Nizamnaməyə əsasən, Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da başlayacaq və dekabrın 30-dək davam edəcək.

Qeyd edək ki, parlamentin sonuncu növbədənkənar sessiyasının iclası avqustun 7-də keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR