Milli Məclisdə Tarif Şurasının son qiymət artımları ilə bağlı dinləmələrin keçirilməsi təklif olunub

Milli Məclisdə Tarif Şurasının son qiymət artımları ilə bağlı dinləmələrin keçirilməsi təklif olunub
# 01 fevral 2021 12:26 (UTC +04:00)

“Pasportlar haqqında əsasnaməyə dəyişiklik edilməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, bu sahədə bir sıra uyğunsuzluqlar var: “Bununla bağlı qanun layihəsi hazırlamışam, təqdim edəcəm. ASAN Xidmət bu sənədləşməni çox asanlaşdırıb. Xaricdə yaşayan soydaşlarımız şəxsiyyət vəsiqəsi əsasında pasportu alırlar. Müharibəyə, yaxud xəstəliyə görə bu vətəndaşlarımızın sənədlərinin vaxtı keçib. Onlar işləyə bilmirlər. Təklif edirəm ki, ASAN Xidmətin səyyar qrupu azərbaycanlıların ən çox olduğu ölkələrə - Rusiya, Türkiyəyə göndərilsin”.

Deputat qeyd edib ki, 30 illik işğala son qoyulub: “Biz bu qələbə işinin sona qədər çatdırılmasına məsuliyyət daşıyırıq. Tarif Şurası benzinin qiymətini qaldırıb, dünən isə suyun qiyməti 2 dəfə artırılıb. Biz yaz sessiyasında Tarif Şurasını Milli Məclisə dəvət etməliyik. Hansı əsaslarla bu qərarların verildiyi bizə bildirilməlidir. Bununla bağlı dinləmələr keçirməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR