Milli Məclisdə əfv etmə-amnistiya aktı ilə bağlı dinləmə keçiriləcək

Milli Məclisdə əfv etmə-amnistiya aktı ilə bağlı dinləmə keçiriləcək
# 18 yanvar 2021 17:46 (UTC +04:00)

Parlamentin İnsan Hüquqları komitəsində yaz sessiyası müddətində 2 dinləmə keçiriləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisinin İnsan hüquqları komitəsinin 2021-ci il yaz sessiyasının iş planına daxil edilib.

Komitədə sessiya müddətində 18 iyun - Milli insan hüquqları gününə həsr olunmuş ictimai dinləmə və "Əfv etmə-amnistiya aktı İnsan hüquqlarının təminatı institutu kimi: reallaşdırılmasının aktual problemləri ilə bağlı vətəndaş cəmiyyəti və ekspertlərlə dinləmələrin" keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR