Milli Məclisin İntizam Komissiyasının tərkibi müəyyənləşib

Milli Məclisin İntizam Komissiyasının tərkibi müəyyənləşib
# 01 fevral 2021 12:29 (UTC +04:00)

Milli Məclisin İntizam komissiyasının yeni tərkibi müəyyənləşib.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq, bir oxunuşda qəbul edilib. Bununla, Milli Məclisin İntizam Komissiyasının yeni tərkibi müəyyənləşib.

Komissiyaya deputatlar Fəzail Ağamalı, Nurlan Həsənov, Afət Həsənova, Məlahət İbrahimqızı, Eldar İbrahimov, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Səttar Möhbalıyev, Madər Musayev, Nizami Səfərov daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR