Milli Məclisin İşlər İdarəsi və Aparatının yeni strukturu müəyyən edilib, bəzi şəxslər ixtisar olunub

Milli Məclisin İşlər İdarəsi və Aparatının yeni strukturu müəyyən edilib, bəzi şəxslər ixtisar olunub
# 01 may 2020 18:07 (UTC +04:00)

“Milli Məclisdə struktur və kadr islahatları aparılması zərurəti yaranmışdı. Bununla əlaqədar sərəncam imzalamışdım. Sərəncama əsasən, Milli Məclisin Aparatı və İşlər idarəsində işləyən dövlət qulluqçuları ştatdan kənar elan edilmişdi. Yeni strukturun ştat cədvəli təsdiq edilənədək onlar öz fəaliyyətini əvvəlki ştat cədvəlinə uyğun davam etdirib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

O bildirib ki, ötən 1 aya yaxın müddətdə Aparatın və İşlər idarəsinin hər bir əməkdaşının işi ətraflı və dərin təhlil edilib: “Nəhayət, bu iş başa çatıb. Mən dünən bir neçə sərəncam imzalamışam. Həmin sərəncamlara əsasən, Milli Məclisin İşlər İdarəsinin və Aparatının yeni strukturu müəyyən edilib və ştat cədvəli təsdiq olunub. İnanıram ki, həyata keçirilən bu islahatlar parlamentin işinin daha yaxşı təşkil edilməsinə imkan verəcək”.

Spiker əvvəlki tərkibdən bir sıra dövlət qulluqçularının isə ixtisar edildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR