Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri dəyişib

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri dəyişib
# 12 fevral 2021 11:11 (UTC +04:00)

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri dəyişib.

APA-nın məlumatına görə, Ceyhun Əliyev (Ceyhun Əli) öz ərizəsi ilə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Bu vəzifəyə Mehman Qayıbov təyin edilib. M. Qayıbov Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini olub.

C. Əli APA-ya açıqlamasında öz ərizəsi ilə işdən azad edildiyini təsdiqləyib. C. Əli bildirib ki, yaradıcı insan kimi ötən dövr ərzində televiziyada fəaliyyət göstərib, bundan sonra da televiziya sahəsində çalışmaqla Milli Məclislə əməkdaşlığı sırf piar layihələr formatında davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR