Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri kollektivə təqdim olunub - YENİLƏNİB

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri kollektivə təqdim olunub - YENİLƏNİB
# 06 may 2020 14:17 (UTC +04:00)

Parlament Aparatında aparılan struktur və kadr dəyişiklikləri çərçivəsində yeni yaradılmış Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə müdir – Milli Məclisin Mətbuat katibi vəzifəsinə Ceyhun Yusif oğlu Əliyev təyin edilib.

Milli Məclisdən APA-ya bildirilib ki, Parlamentin Sədri Sahibə Qafarova bu haqda müvafiq sərəncam imzalayıb.

Ceyhun Əliyev bu gün kollektivə təqdim olunub.

Qeyd edək ki, bundan əvvəl AzTV-nin əməkdaşı Elnar Məmmədlinin parlamentin mətbuat xidmətinin rəhbəri təyin olunması barədə məlumat yayılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR