Milli Məclisin deputatları Avronest PA-nın sessiyasında iştirak edəcək

Milli Məclisin deputatları Avronest PA-nın sessiyasında iştirak edəcək
  • Clock-gray 14:46
  • calendar-gray 06 Dekabr 2019

Milli Məclisin deputatları Tahir Mirkişili və Rasim Musabəyov Avronest Parlament Assambleyasının VIII sessiyasında iştirak etmək üçün dekabrın 7-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sessiyada və sessiya çərçivəsində keçiriləcək qurumun müvafiq komitələrində “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhsil sahəsində islahatlar: çağırışlar və imkanlar”,  “Şərq Tərəfdaşlığı ölkələrində demokratiya, dövlət qurumlarının hesabatlılığı və səmərəliliyinin möhkəmləndirilməsində parlament nəzarəti bir vasitə kimi”, “Enerji sektorunda həmrəylik və yaxınlaşma – mütərəqqi normativ tənzimləmə bazasına doğru”, “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi artımı stimullaşdırmaq və səmərəliliyi artırmaq üçün rəqəmsallaşdırmanın asanlaşdırılması” mövzularında müzakirələr aparılacaq.

Deputatlar qeyd olunan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.

Səfər dekabrın 10-da başa çatacaq.

Digər xəbərlər