Milli Məclisin deputatları Moldovada prezident seçkilərini müşahidə edəcəklər

Milli Məclisin deputatları Moldovada prezident seçkilərini müşahidə edəcəklər
# 12 noyabr 2020 11:35 (UTC +04:00)

Milli Məclisin bir qrup deputatı Moldovada keçiriləcək prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün noyabrın 13-də ölkənin paytaxtı Kişineu şəhərinə səfər edəcək.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, seçkilər noyabrın 15-də keçiriləcək.

Deputatlardan Sabir Hacıyev və Rüfət Quliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının müşahidə missiyasının tərkibində, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, millət vəkili Emin Hacıyev isə MDB İcraiyyə Komitəsinin xətti ilə seçkiləri izləyəcəklər.

Deputatlarımız müxtəlif seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, prosesin gedişini izləyəcəklər.

Səfər noyabrın 17-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR