Milli Məclisin iyunun 23-də keçirilməli olan plenar iclasının tarixi dəyişdirilib

Milli Məclisin iyunun 23-də keçirilməli olan plenar iclasının tarixi dəyişdirilib
# 22 iyun 2020 10:45 (UTC +04:00)

“COVID-19” pandemiyası ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq Milli Məclisin sabah keçirilməsi nəzərdə tutulan iclasının vaxtı dəyişdirilib.

Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iyunun 21-də gün ərzində Milli Məclisin deputatlarından koronavirus infeksiyası ilə bağlı götürülən test nümunələrinin cavabları iyunun 23-də bəlli olacaq.

Bu səbəbdən Milli Məclisin iyun ayının 23-də keçirilməli olan növbədənkənar plenar iclasının tarixi dəyişdirilib.

Plenar iclasın yeni tarixi ilə bağlı məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR