Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib
  • Clock-gray 12:16
  • calendar-gray 01 Aprel 2020

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,  iclası komitə sədri Musa Quliyev aparıb.

Tədbirə komitənin deputatları ilə yanaşı, Milli Məclis Aparatının İqtisadi qanunvericilik və Sosial qanunvericilik şöbələrinin əməkdaşları da onlayn qoşulublar.

İclasda “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında” və “Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib.

Onlayn iclasın sonunda müzakirə olunan sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Firuzə Vahid

Digər xəbərlər