Milli Məclisin növbədənkənar iclasının vaxtı və gündəliyi məlum olub - YENİLƏNİB

Milli Məclisin növbədənkənar iclasının vaxtı və gündəliyi məlum olub - YENİLƏNİB
# 31 iyul 2020 16:58 (UTC +04:00)

Avqustun 4-dən etibarən Milli Məclisin növbədənkənar sessiyası çağırılır.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Milli Məclisin 59 deputatının tələbi ilə Azərbaycan Respublikasının Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2020-ci il 4 avqust tarixində Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.

Bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.

***

14.24

Milli Məclisin növbədənkənar iclası keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasın avqust ayının 5-də keçirilməsi gözlənilir.

APA-nın əldə etdiyi məlumata görə, iclasın gündəliyinə 6 məsələ daxil edilib.

Bunlar Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (birinci oxunuş), “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Məşğulluq haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “İşsizlikdən sığorta haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir (birinci oxunuş).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR