Milli Məclisin növbəti plenar iclası başlayıb

 Milli Məclisin növbəti plenar iclası başlayıb
  • Clock-gray 12:00
  • calendar-gray 29 Noyabr 2019

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

APA-nın xəbərinə görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 22 məsələ daxil edilib.

İclasda "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” , “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar və s qanunlara dəyişiklik layihələri III oxunuşda, “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər II oxunuşda müzakirəyə çıxarılacaq.

İclasda həmçinin Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) vəzifəsinə namizədlik məsələsi də müzakirə olunacaq.

 

Digər xəbərlər

Arxiv

date