Milli Məclisin payız sessiyasının işlər planına daxil edilmiş 9 qanun layihəsi müzakirəyə çıxarılmayıb

Milli Məclisin payız sessiyasının işlər planına daxil edilmiş 9 qanun layihəsi müzakirəyə çıxarılmayıb
# 29 dekabr 2020 14:20 (UTC +04:00)

Sabah Milli Məclisin payız sessiyası başa çatır.

APA-nın məlumatına görə, sessiya ərzində Milli Məclisin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planına daxil edilmiş 9 qanun layihəsi müzakirəyə çıxarılmayıb.

Bunlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin "Sülh və insanlıq əleyhinə cinayətlər" bölməsinin yeni redaksiyasının layihəsi, "Daxili qoşunlar haqqında" qanun layihəsi, "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsi, "Lombardlar haqqında" qanun layihəsi, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi, "Ali təhsil haqqında" qanun layihəsi, "Turizm haqqında" qanun layihəsi, "Kinematoqrafiya haqqında" qanun layihəsi və "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR