Milli Məclisin plenar iclasları dayandırılıb

Milli Məclisin plenar iclasları dayandırılıb
# 17 mart 2020 16:39 (UTC +04:00)

Milli Məclisin plenar iclasları dayandırılıb.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya bildirib ki, qanun layihələri prosedura uyğun olaraq əvvəl Milli Məclisin komitələrində müzakirə olunur: “Müzakirə olunduqdan sonra qərar qəbul olunur və layihələr Milli Məclisin plenar iclasına tövsiyə edilir, sonra isə iclasda müzakirəyə çıxarılır. Komitələr hələlik işini müvəqqəti olaraq dayandırıb. Milli Məclisin plenar iclasının da nə vaxt keçiriləcəyi barədə daha sonra məlumat verəcəyik”.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova bu gün keçirilən iclasda koronavirus təhlükəsi ilə əlaqədar Baş nazirin göndərdiyi məktubda əksini tapan təlimatlara uyğun olaraq parlamentin komitə və komissiyalarının iclaslarının bu gündən dayandırıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR